Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in İdarə Heyətinin sədr müavini Gəncədə vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in İdarə Heyətinin sədr müavini Gəncədə vətəndaşları qəbul edəcək 2024-05-13 16:06:00
Mayın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən 3 saylı Gəncə Ərazi İdarəsinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 3) Gəncə şəhərindən, Daşkəsən, Göygöl və Samux rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.

Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı qəbula gəlmək istəyənlər (022) 265 08 69 nömrəli telefonla və dedkr.3sayli@emlak.gov.az elektron ünvanı vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.