Nigar Əyyub qızı Alimova

Nigar Əyyub qızı Alimova
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri


1983-cü il 26 iyun tarixində Bakı şəhərində anadan olmuşdur.

2000-ci ildə bakalavriat pilləsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2004-cü ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitimişdir.

2004-cü ildə magistratura pilləsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2007-ci ildə həmin universiteti Dövlət hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə bitimişdir.

Özəl şirkətdə kadrlar üzrə mütəxəssis, “Azərinşaatservis” MMC-də texniki auditin köməkçisi, QSC “Bank Standart” Kommersiya Bankı İdarə Heyəti sədrinin köməkçisi, “Unileasing” lizinq şirkəti QSC-də hüquqşünas vəzifələrində çalışmışdr.

2007-2015-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində böyük hüquqşünas, şöbə rəisi, idarə rəisinin müavini və idarə rəisi vəzifələrində çalışmışdır.

2010-cu ildə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi” yubiley medalı, 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

2015-2017-ci illərdə Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsində, həmçinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentində şöbə rəisi və şöbə rəhbəri vəzifələrində çalışmışdır.

2017-ci ildə Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdir.

2018-ci ildə Vergilər Nazirliyinin Sənəndlərlə iş və vətəndaşların müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru vəzifəsinə təyin edilmişdir.

2019-cu ildə Vergilər Nazirliyinin Sənəndlərlə iş və müraciətlərə baxılması baş idarəsinin (Katiblik) rəisi vəzifəsinə təyin edilmişdir.
2020-ci ildə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.