Elvin Faliq oğlu Məmmədov

Elvin Faliq oğlu Məmmədov

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini

 

1981-ci il 27 sentyabr tarixində Mingəçevir şəhərində anadan olmuşdur.

1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.

2003-2005-ci illərdə “İzolit” ASC-də hüquqşünas vəzifəsində çalışmışdır.

2007-2009-cu illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

2009-2013-cü illərdə “Transqeyt” MMC-də, 2013-2014-cü illərdə “Bakı Taksi MMC”-də hüquqşünas, hüquq departamentinin müdiri vəzifələrində çalışmışdır.

2014-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunda məsləhətçi,  baş məsləhətçi vəzifələrində çalışmışdır.

2015-2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya-şöbəsinin müdir müavini-Dəftərxana sektorunda müdir, Vətəndaşların müraciətlərinə baxılması sektorunda müdir vəzifələrində çalışmışdır.

2019-2021 illərdə Vergilər Nazirliyi Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin baş direktor müavini, Vergilər Nazirliyinin Sənəndlərlə iş və müraciətlərə baxılması baş idarəsinin (Katiblik) rəisi müavini vəzifələrində çalışmışdır.

2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.