Fərid Fazil oğlu Cəfərov
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini
1987-ci il 16 iyul tarixində Bakı şəhərində anadan olmuşdur.
2004-cü ildə bakalavriat pilləsi üzrə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuş, 2008-ci ildə həmin universiteti beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmişdir.
2013-cü ildə magistratura pilləsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olmuş, 2016-cı ildə həmin universiteti maliyyə bazarları ixtisası üzrə bitimişdir.
2012-ci ildə Amerika Birləşmiş Ştatlarının “George Washington” Universitetinə daxil olmuş, 2013-cü ildə həmin universiteti layihə idarəetmə üzrə biznes məktəbi master sertifikatı ixtisasını bitirmişdir.
2021-ci il tarixindən hazırkı dövrədək Amerika Birləşmiş Ştatlarının “Duke” Universitetində adaptiv strateji icra proqramı üzrə əlavə təhsil alır.
2010-2011-ci illərdə “Azərpoçt” MMC-də aparıcı mütəxəssis, 2011-2013-cü illərdə "Bank Respublika" ASC-də mütəxəssis, aparıcı mütəxəssis, 2013-cü ildə "Finanslizing" ASC-də İdarə heyətinin sədri, 2013-2015-ci illərdə "FinEX Kredit" BOKT ASC-də İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır.
2016-2018-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatında sektor müdiri, sədrin köməkçisi vəzifələrində çalışmışdır.
2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə - Tədqiqat Mərkəzi MMC-də direktor vəzifəsində çalışmışdır.
2019-2021-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə - Tədqiqat Mərkəzi MMC-də direktor vəzifəsində çalışmışdır.
2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində sədrin müşaviri vəzifəsinə təyin edilmişdir.
2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 1 övladı var.