Elşad Çingiz oğlu Məmmədov
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini
1975-ci il 5 aprel tarixində Kürdəmir rayonunda anadan olmuşdur.
1993-cü ildə Türkiyə Respublikasının Ankara Universitetinin siyasi elmlər fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin universiteti ümumi iqtisadiyyat, əməyin iqtisadiyyatı və sosiologiyası ixtisası üzrə bitirmişdir.
1998-ci ildə magistratura pilləsi üzrə Türkiyə Respublikasının Ankara Universitetinə daxil olmuş, 2001-ci ildə həmin universiteti mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirmişdir.
2000-2005-ci illərdə Türkiyə Respublikası Həmkarlar İttifaqında sənaye münasibətləri üzrə mütəxəssis, 2005-2007-ci illərdə Haribo şəkərləmə şirkətində İnsan resursları şöbəsinin müdiri, 2007-2008-ci illərdə Sədəf Gəmi İnşaatı Şirkətində İnsan resursları departamentinin direktoru, 2008-2009-cu illərdə Vest Konsalting MMC-də İnsan resursları departamentinin direktor müavini, strateji planlanma üzrə direktor vəzifələrində çalışmışdır.
2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Dövlət reyestrinin tərtibi və aparılmasının təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdir.
2011-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.