Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracda iştirak qaydaları:

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracda iştirak qaydaları: 2016-09-23 07:35:16

  • Hərrac müəssisənin (obyektin) və səhmin, habelə torpaq sahələrinin qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır.
  • Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə müəssisəni (obyekti) və ya səhmi, habelə torpaq sahələrini almağa razı olduqlarını bildirirlər;
  • ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır.Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır;
  • Hərracçı yeni satış qiymətini üç dəfə təkrar edir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir.
  • Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Hərracçı müəssisənin (obyektin) və ya səhmin (səhm zərfinin), habelə torpaq sahələrinin satıldığını, satış qiymətini və qalibin biletinin nömrəsini elan edir;
  • İlkin qiymət 3 (üç) dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur və müəssisə (obyekt), səhm, habelə torpaq sahələri satıcıya qaytarılır;
  • Özəlləşdirilən müəssisələrin (obyektlərin), səhmlərin hərracda satışı zamanı alıcı kimi hüquqi və fiziki şəxs, o cümlədən əmək kollektivi hərracın yeganə iştirakçısı olarsa, bu halda müəssisə (obyekt) və səhmlər həmin şəxsə, qanunvericiliklə müəyyən edilmiş qaydada, start qiyməti ilə, yaxud hərrac şərtləri ilə müəyyənləşən qiymətlə satılır.

 

Mənbə: Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"nın 4.4 bəndinə əsasən.

 

Ödəniş rekvizitləri:

Əmlak Məsələləri Dövlət Komitəsi VÖEN 2000015631

 

Rekvizitlər:

Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab: AZ24NABZ01360150000000001944

VÖEN: 2000015631