Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaş qəbulu keçirəcəkdir

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaş qəbulu keçirəcəkdir 2016-09-27 12:14:33

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 30 sentyabr  2016-cı il tarixində Zərdab rayonunda vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda yalnız Zərdab, Ucar, Göyçay və Kürdəmir  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Zərdab rayonunda  yerləşən Heydər Əliyev Mərkəzində  keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi:

(020-21) 3 01 29, (020-29) 6 62 83