Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu

Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu 2018-04-27 08:49:35

Ölkədə həyata keçirilən uğurlu islahatların indikatorundan biri olan daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər innovasiyaların tətbiqi, xidmətlərin geniş şəkildə elektron müstəviyə keçirilməsi, prosedurların sadələşdirilməsi və müddətlərin azaldılması bu sahədə iqtisadi aktivliyi artırmaqla şəffaflıq, əlçatanlıq və vətəndaş məmnunluğunu təmin edir. Bu işlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-da “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda İşgüzar Dialoq keçirilib. Tədbirdə daşınmaz əmlakın qeydiyyatı sahəsində çalışan özəl sektor, Qeyri Hökümət Təşkilatlarının nümayəndələri, rieltorlar, müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.

Məqsəd isə iştirakçıları daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq olunan müasir informasiya-kommunikasiya texnologiyaları, innovativ və operativ üsullar haqqında məlumatlandırmaq, mövcud potensialın artırılması yollarını müzakirə etməkdir. Eyni zamanda bu sahədə xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, şəffaflığın, vətəndaş məmnunluğunun daha da artırılması məqsədilə optimal yanaşmalar əsasında ideya bankının formalaşdırılmasıdır.