“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
- “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” təsdiq edilsin (2 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 5 oktyabr 2015-ci il
№ 319
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 1 nömrəli əlavə |
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur
Q A Y D A L A R I
- Ümumi müddəalar
1.1. Bu Qaydalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (bundan sonra - ərazi idarələri), onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri (bundan sonra - xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir.
1.2. Sənədlərin qəbulu, yoxlanılması və çıxarışın və (və ya) bildirişin tərtib edilməsi Qanunla müəyyən edilmiş əsaslara, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydasına, bəzi hüquqların dövlət qeydiyyatının xüsusiyyətlərinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydaların məqsədləri üçün sənədlərin dövriyyəsi dedikdə, daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin kağız daşıyıcıda və ya elektron formada qəbulu, yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) çıxarışın və (və ya) bildirişin tərtib edilməsi nəzərdə tutulur.[1]
- Sənədlərin qəbulu
2.1. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının (bundan sonra - ərizəçi) ərizələri və onlara əlavə edilmiş sənədlər elektron və kağız formalarda ərazi idarələrinin sənədlərin qəbulu və verilməsi şöbələrinin və xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilir. Xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilən sənədlər həmin gün ərazi idarələrinə göndərilir.
2.2. Daxil olan ərizələr ərizə jurnalında qeydiyyata alınır. Ərizə kağız formasında ərazi idarəsinə və ya xidmət bölməsinə daxil olduqda, onun üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurularaq, üzərində ərizə jurnalında qeydiyyata alındığı nömrə və tarix yazılır. Ərizəçiyə onun soyadını, adını və atasının adını (hüquqi şəxsin adı) ərizənin qeydiyyat nömrəsini, qeydiyyat və son icra tarixlərini, ərizəyə əlavə olunan sənədlərin siyahısını özündə əks etdirən və ərizəni qəbul edən ərazi idarəsinin sənədlərin qəbulu və verilməsi şöbəsinin və ya xidmət bölməsinin məsul şəxsi tərəfindən imzalanan təsdiqetmə bildirişi (1, 5, 7 və 10 nömrəli əlavələr) verilir.
2.3. Müraciət elektron formada daxil olduqda çap edilir və bu Qaydaların 2.2-ci bəndində göstərilən prosedurdan sonra müvafiq elektron təsdiqetmə bildirişi ərizəçiyə elektron formada göndərilir.
2.4. Sənədlər qeydiyyata alındıqdan və üzərinə dövriyyə vərəqi əlavə olunduqdan sonra icra dərkənarının qoyulması üçün sənədlərin qəbulu və verilməsi şöbəsi tərəfindən həmin gün ərazi idarəsinin rəhbərinə təqdim edilir. İcra dərkənarı qoyulduqdan sonra bu Qaydalara uyğun olaraq, sənədlər icra üçün ərazi idarələrinin aidiyyəti şöbələrinə göndərilir.
2.5. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı çıxarış ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur və ya elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin çıxarışı elektron üsulla əldə etməsi imkanı təmin olunur. Çıxarış kağız formada təqdim olunduğu təqdirdə, ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etməlidir. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı bildiriş ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır və ərizəçi “sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunur.[2]
2-1. Ərizənin sürətləndirilməklə icra edilməsi[3]
2-1.1. Ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul edilir.
2-1.2. İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin Qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçirilir.
2-1.3. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 9.2-ci maddəsinin birinci cümləsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunur. Qeydiyyat müddəti Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra edilir.
2-1.4. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 20.3-cü maddəsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir və iki iş günü müddətində icra olunur.
2-1.5. Bu Qaydanın 2-1.3-cü və 2-1.4-cü bəndlərinə uyğun qəbul edilən ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstərilir. Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində də qeyd olunur.
2-1.6. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanır.
- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı sənədlərin dövriyyəsi
3.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərazi idarələrinə və ya xidmət bölmələrinə müraciət edildikdə, müvafiq ərizə (1 nömrəli əlavə) və Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməlidir.
3.2. Ərizədə aşağıdakı məlumatlar əks olunur:
3.2.1. “Ərizəçi haqqında məlumat” hissəsi üzrə:
3.2.1.1. ərizəçi fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan);
3.2.1.2. ərizəçi hüquqi şəxs olduqda – adı, hüquqi ünvanı, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi;
3.2.1.3. etibarnamənin nömrəsi və tarixi;
3.2.1.4. əlaqə telefonları;
3.2.1.5. ərizənin tələb olunan icra müddəti;
3.2.2. ərizənin məqsədi (daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı);
3.2.3. hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları (kağız formada, elektron üsulla);[4]
3.2.4. əmlak haqqında məlumatlar (əmlakın növü və ünvanı).
3.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
3.3.1. Qanunun 10-cu maddəsində nəzərdə tutulan sənədlər;
3.3.2. hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti);
3.3.3. hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;
3.3.4. bələdiyyələr tərəfindən müraciət olunduqda, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
3.4. Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ərizə ilə müraciət etdikdə, əcnəbinin pasportunun, vətəndaşlığı olmayan şəxsin isə daimi qeydiyyatda olduğu ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin məlumatları ərizənin “Ərizəçi barədə məlumatlar” hissəsində əks olunur.
3.5. Bu Qaydaların 3.2.1-ci yarımbəndində əks olunmuş məlumatlar bu Qaydaların 1, 4, 5, 7, 8 və 11 nömrəli əlavələrində nəzərdə tutulan ərizələrin “Ərizəçi haqqında məlumat” hissəsində də göstərilir.
3.6. Bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulmuş mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması tələb olunmadıqda, sənədlər ərazi idarələrinin rəhbərliyinin dərkənarına uyğun olaraq, dövriyyə vərəqi ilə birlikdə arxivə göndərilir. Daşınmaz əmlak obyekti üzrə arxiv araşdırılmasını həyata keçirən məsul şəxs tərəfindən sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılır və məlumatların uyğun olub-olmaması barədə qeydlər edilərək, ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətində ərazi idarəsinin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan şöbəsinə (bundan sonra - qeydiyyat şöbəsi) təqdim olunur.
3.7. Ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir.
3.8. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron daşıyıcılar üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən imzalanmış hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış (bundan sonra - dövlət reyestrindən çıxarış) ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətinə təsdiq edilməsi üçün ərazi idarəsinin rəhbərliyinə təqdim olunur.
3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş dövlət reyestrindən çıxarış və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədi ilə 1(bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir. Çıxarış elektron üsulla təqdim olunduğu hallarda isə “Elektron Hökumət” portalında yerləşdirilir və ərizəçinin onu elektron üsulla əldə etməsi imkanı təmin edilir.[5]
3.10. Sənədlərin qəbulu və verilməsi şöbəsi xidmət bölmələrindən daxil olmuş ərizələrlə bağlı sənədləri bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş qaydada ərizəçiyə təqdim edilməsi məqsədi ilə həmin xidmət bölmələrinə göndərir.
3.11. Yekun olaraq, ərizəyə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arxivə təhvil verilir.
- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi
4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir.
4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
- Hüquqların dövlət qeydiyyatının dayandırılması
5.1. Bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş ekspertiza zamanı sənədlərin həqiqiliyinə ciddi şübhə yaranarsa, hüquqların dövlət qeydiyyatı 1 (bir) ay müddətinə dayandırılır. Bu barədə qeydiyyat şöbəsi ərizəçiyə 48 saat ərzində qeydiyyatın dayandırılmasını əsaslandırmaqla, yazılı və ya elektron formada (müraciətin daxilolma formasından asılı olaraq) məlumat verir. Bu halda Qanunun 14-cü maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatının dayandırılması ilə bağlı müxtəlif dövlət orqanlarına hazırlanmış sorğular (2 nömrəli əlavə) həmin şöbə tərəfindən imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə təqdim edilir.
5.2. Sənədlərin saxta olması təsdiqlənərsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir, bu barədə daxili işlər orqanlarına məlumat verilir və bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada ərizəçiyə bildiriş göndərilir. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilir.
5.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi (4 nömrəli əlavə) əsasında 1 (bir) aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır.
5.4. Bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.
- Hüquqların dövlət qeydiyyatından imtina edilməsi
6.1. Bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada sənədlərin ekspertizası zamanı Qanunun 15.1.1 - 15.1.6-cı maddələrində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları aşkarlanarsa, onların bir və ya bir neçəsinə istinad edilməklə, hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsaslandırılmış bildiriş (3 nömrəli əlavə) imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə qeydiyyat şöbəsi tərəfindən təqdim edilir. Bu bildiriş və sənədlərin əsli ərizəçiyə müraciətin daxilolma formasından asılı olaraq bilavasitə və ya poçtla göndərilir, sənədlər elektron qaydada təqdim edildikdə isə yalnız bildirişin göndərilməsi üçün sənədlərin qəbulu və verilməsi şöbəsinə verilir. Qeyd edilən sənədlərin və bildirişin surətləri arxivə göndərilir.
6.2. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatından imtina edilməsi halında, ödənilmiş dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş qaydada, Qanunun 15.1.1-ci, 15.1.3-cü və 15.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə imtina edildikdə isə xidmət haqları da qaytarılır.
- Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) və bu hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsinin dövlət qeydiyyatı üçün sənədlərin dövriyyəsi
7.1. İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında ərizə (5 nömrəli əlavə), daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair müraciət (6 nömrəli əlavə) (bu müraciətdə dövlət orqanının adı, ünvanı, onun nümayəndəsinə verilən etibarnamənin nömrəsi və tarixi, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan), nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları göstərilir), ipotekanın dövlət qeydiyyatı haqqında ərizə (7 nömrəli əlavə) sənədlərin qəbulu və verilməsi şöbəsi tərəfindən qəbul edilir.
7.2. Bu Qaydaların 5 nömrəli əlavəsində nəzərdə tutulan ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
7.2.1. daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə və ya icarəyə (istifadəyə) verilməsi haqqında qərar;
7.2.2. torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə, əlavə olaraq torpaq sahəsinin və yerin təki sahəsinin planı;
7.2.3. binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqaviləyə əlavə olaraq əmlakın yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı;
7.2.4. hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti);
7.2.5. hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və ºəxsiyyətini təsdiq edən etibarnamə və ºəxsiyyət vəsiqəsinin surəti;
7.2.6. bələdiyyə tərəfindən müraciət olunduqda, bələdiyyə sədrinin imzaladığı və möhürlədiyi məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;
7.2.7. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
7.3. Bu Qaydaların 7 nömrəli əlavəsində nəzərdə tutulan ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
7.3.1. daşınmaz əmlakın ipotekası haqqında müqavilə;
7.3.2. ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
7.3.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
7.4. Qəbul edilmiş sənədlər bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş qaydada qeydiyyata alındıqdan sonra qeydiyyat şöbəsinə verilir.
7.5. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, bu Qaydaların 3.8-ci və 3.9-cu bəndlərinə uyğun olaraq dövlət reyestrindən çıxarış tərtib edilir.[6]
7.6. İpotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə ipoteka saxlayanın ərizəsi (8 nömrəli əlavə) və ya məhkəmənin qərarı daxil olduqda, qeydiyyat şöbəsi tərəfindən ipotekanın dövlət qeydiyyatı ləğv edilərək, bu barədə ipoteka saxlayana bildiriş (9 nömrəli əlavə) verilir. Qeyd edilən ərizəyə ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur.
7.7. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin (10 nömrəli əlavə) (bildirişə bildirişin ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur) dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi əsasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq aparılır.
7.8. Bu Qaydaların 7.5-7.7-ci bəndləri ilə müəyyən edilmiş prosedurların sonunda əsas olan sənədlər arxivə təhvil verilir.
- Dövlət reyestrində düzəlişlərin edilməsi və məhv olunmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvi ilə bağlı sənədlərin dövriyyəsi
8.1. Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir.
8.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
8.3. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və belə əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi (13 nömrəli əlavə) əsasında (ərizəyə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur) və daşınmaz əmlak tikintisinə icazə tələb olunan obyektdirsə yerli icra hakimiyyəti orqanı tərəfindən onun sökülməsinə verilmiş icazə əsasında ərazi idarəsi mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edildikdən sonra ərizəçiyə bildiriş (14 nömrəli əlavə) verilir və (və ya) bu Qaydaların 3.8-ci və 3.9-cu bəndlərinə uyğun olaraq daşınmaz əmlakın məhv olmamış hissəsinə dövlət reyestrindən çıxarış tərtib edilir.[7]
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 1 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ___________ Ərazi İdarəsinə |
|
|
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ƏRİZƏ |
Ərizəçi haqqında məlumatlar |
||
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
|
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
|
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
|
Etibarnamənin nömrəsi və tarixi |
|
|
Nümayəndənin soyadı, adı və atasının adı |
|
|
Əlaqə telefonları |
|
|
|
||
Ərizənin məqsədi |
||
Hüquqların dövlət qeydiyyatı haqqında |
||
|
||
Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları[8] |
||
Kağız formada |
||
Elektron üsulla |
||
|
||
Əmlak haqqında məlumatlar |
||
Əmlakın növü |
|
|
Ünvan |
|
|
Ərizənin tələb olunan icra müddəti |
|
|
|
||
Ərizəyə əlavə olunan sənədlər |
||
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulan sənədlər. 2. Hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyəti təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti). 3. Hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti. 4. Bələdiyyə tərəfindən müraciət olunduqda, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti. 5. Dövlət rüsumunun ödənilməsi barədə sənəd. |
||
Ərizəçinin imzası ___________________ Tarix __________________________ M.Y. Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ________________________________________
|
||
Təsdiqetmə bildirişi |
||
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _________________ Ərazi İdarəsi |
||
Ərizəçinin soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
|
Ərizənin qeydiyyat nömrəsi |
|
|
Ərizənin qeydiyyat və son icra tarixləri |
|
|
Ərizəyə əlavə olunan sənədlər |
|
|
Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası |
|
|
İş vaxtı: 9:00 — 18:00 |
Fasilə 13:00 — 14:00 |
|
|
|
|
M.Y. |
||
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli əlavə |
|||
|
|
|||
______ _______________ 20_____ il |
№ ____________________ |
|||
|
|
|||
|
______________________________________ |
|||
|
______________________________________ |
|||
|
______________________________________ |
|||
|
______________________________________ |
|||
|
______________________________________ |
|||
|
|
|||
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilən sənədlərə münasibətin bildirilməsi barədə SORĞU |
||||
|
|
|||
__________________________________________________ ünvanında yaşayan (yerləşən) |
||||
(ünvan) |
|
|||
_____________________________________________________________________________ |
||||
(soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
||||
_____________________________________________________________________________ |
||||
(ünvan) |
||||
|
||||
ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ________________________ qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. |
||||
Təqdim edilən ________________________________________________________________ |
||||
|
(sənədlərin adı) |
|||
sənədlərinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, göstərilən məsələyə dair 7 (yeddi) gün müddətində münasibət bildirməyinizi xahiş edirik.[9] |
||||
|
||||
Qoşma ____________ əsli ______ (____) vərəq |
||||
|
||||
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _________________ Ərazi İdarəsinin rəisi |
|
|||
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 3 nömrəli əlavə |
|
|
|
|
______ _______________ 20_____ il |
№ ____________________ |
|
|
|
|
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə BİLDİRİŞ |
||
|
|
|
Ərizəçi ______________________________________________________________________ |
||
(soyadı, adı və atasının adı) |
||
Ünvan ______________________________________________________________________ |
||
|
||
Bildirişin mətni |
||
___________________________________________________________________ ünvanında yerləşən _______________________________________ üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ____________________ nömrəli __________________ tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı __________________________ müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir |
||
|
||
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _________________ Ərazi İdarəsinin rəisi |
|
|
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 4 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının dayandırılması barədə ƏRİZƏ |
Ərizəçi haqqında məlumatlar |
||
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
|
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
|
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
|
Etibarnamənin nömrəsi və tarixi |
|
|
Nümayəndənin soyadı, adı və atasının adı |
|
|
Əlaqə telefonları |
|
|
|
||
Ərizənin mətni |
||
Xahiş edirəm hüquq əldə edən (əqdin tərəfi və ya onların vəkil etdiyi şəxs) olmağımı nəzərə alaraq, ____________________________________ ünvanında yerləşən _______________________________ üzərində hüquqların dövlət qeydiyyatını ______________________________ səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə uyğun olaraq _________________________ müddətinə dayandırasınız |
||
Tarix |
İmza |
|
Ərizəçinin imzası __________________ Tarix ____________________________ M.Y. Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________ |
||
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 5 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında ƏRİZƏ |
Ərizəçi haqqında məlumatlar |
||
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
|
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
|
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
|
Etibarnamənin nömrəsi və tarixi |
|
|
Nümayəndənin soyadı, adı və atasının adı |
|
|
Əlaqə telefonları |
|
|
|
||
Ərizənin məqsədi |
||
İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında |
||
|
||
Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları |
||
Kağız formada |
||
Elektron üsulla |
||
|
||
Əmlak haqqında məlumatlar |
||
Əmlakın növü |
|
|
Ünvanı |
|
|
Ərizənin tələb olunan icra müddəti |
|
|
Ərizəyə əlavə olunan sənədlər |
||
1. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə və ya istifadəyə verilməsi haqqında qərar (sərəncam). 2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə, əlavə olaraq torpaq sahəsinin və yerin təki sahəsinin planı. 3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqaviləyə əlavə olaraq əmlakın yerləşməsi və ölçüləri göstərilməklə, icarəyə verilən sahələrin planı. 4. Hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti). 5. Hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti. 6. Bələdiyyə tərəfindən müraciət olunduqda, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti. 7. Dövlət rüsumunun ödənilməsi barədə sənəd |
||
Ərizəçinin imzası __________________ Tarix ____________________________ M.Y. Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________
|
||
Təsdiqetmə bildirişi |
||
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _____________ Ərazi İdarəsinə |
||
Ərizəçinin soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
|
Ərizənin qeydiyyat nömrəsi |
|
|
Ərizənin qeydiyyat və son icra tarixləri |
|
|
Ərizəyə əlavə olunan sənədlər |
|
|
Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası |
|
|
İş vaxtı: 9:00 — 18:00 Fasilə 13:00 — 14:00 |
||
M.Y. |
||
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 6 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair MÜRACİƏT |
Müraciət edən haqqında məlumatlar |
|
Dövlət orqanının adı |
|
Ünvanı |
|
Etibarnamənin nömrəsi və tarixi |
|
Nümayəndənin soyadı, adı və atasının adı |
|
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
Əlaqə telefonları |
|
Müraciətin mətni |
|
Bildiririk ki, ______________________________________ ünvanında yerləşən ____________________ dair __________ tərəfindən ______ tarixli ________ nömrəli sərəncam verilmiş və ____________________________ ilə ______________ tarixli ____________ nömrəli icarə (istifadə) müqaviləsi bağlanılmışdır. Həmin sərəncam və müqavilədən irəli gələn hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məqsədəuyğun hesab edirik |
|
Tarix |
Nümayəndənin imzası |
Ərizənin tələb olunan icra müddəti |
|
Ərizəçinin imzası __________________ Tarix ____________________________ M.Y. Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________ |
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 7 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
İpotekanın dövlət qeydiyyatı haqqında ƏRİZƏ |
Ərizəçi haqqında məlumatlar |
|||
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
||
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
||
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
||
Etibarnamənin nömrəsi və tarixi |
|
||
Nümayəndənin soyadı, adı və atasının adı |
|
||
Əlaqə telefonları |
|
||
|
|||
Ərizənin məqsədi |
|||
İpotekanın dövlət qeydiyyatı haqqında |
|||
|
|||
Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları |
|||
Kağız formada |
|||
Elektron üsulla |
|||
|
|||
Əmlak haqqında məlumatlar |
|||
Əmlakın növü |
|
||
Ünvanı |
|
||
Ərizənin tələb olunan icra müddəti |
|
||
|
|||
Ərizəyə əlavə olunan sənədlər |
|||
1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə. 2. İpoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti. 3. Dövlət rüsumunun ödənilməsi barədə sənəd |
|||
Ərizəçinin imzası __________________ Tarix ____________________________ M.Y. Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________
|
|||
Təsdiqetmənin bildirişi |
|||
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _____________ Ərazi İdarəsinə |
|||
Ərizəçinin soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
||
Ərizənin qeydiyyat nömrəsi |
|
||
Ərizənin qeydiyyat və son icra tarixləri |
|
||
Ərizəyə əlavə olunan sənədlər |
|
||
Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası |
|
||
İş vaxtı: 9:00 — 18:00 Fasilə 13:00 — 14:00 |
|||
M.Y. |
|||
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 8 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
İpotekanın dövlət qeydiyyatının ləğvi barədə ƏRİZƏ |
Ərizəçi haqqında məlumatlar |
||
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
|
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
|
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
|
Etibarnamənin nömrəsi və tarixi |
|
|
Nümayəndənin soyadı, adı və atasının adı |
|
|
Əlaqə telefonları |
|
|
|
||
Ərizənin mətni |
||
Bildiririk ki, ___________________________________________ ünvanında yerləşən ___________________ dair _______________ tarixli ______________ nömrəli ipoteka müqaviləsi bağlanılmış, ipotekanın dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən verilən yüklülüyə dair ________ reyestr nömrəli ______________ qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. Göstərilən ipoteka müqaviləsi üzrə ipoteka qoyan (qoyanlar) tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsini nəzərə alaraq, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini xahiş edirik |
||
Tarix |
İmza M.Y. |
|
Ərizənin tələb olunan icra müddəti |
|
|
Ərizəyə əlavə olunan sənədlər |
||
1. İpoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti. 2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd |
||
Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________ M.Y. |
||
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 9 nömrəli əlavə |
|
|
______ _______________ 20_____ il |
№ ____________________ |
|
|
İpotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə BİLDİRİŞ |
|
|
|
Maraqlı şəxs (şəxslər) _________________________________________________________ |
|
|
|
Ünvan _______________________________________________________________________ |
Bildirişin mətni |
Bildiririk ki, __________________________________________ ünvanında yerləşən ____________________ dair ______________ tarixli _____________ nömrəli ipoteka müqaviləsi bağlanılmış, ipotekanın dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən verilən yüklülüyə dair ___________ reyestr nömrəli ____________________ qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. ______________________________________________________________________________ ______________________________________________________________________________ (ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı) əsasən ipotekanın dövlət qeydiyyatı ləğv edilmişdir |
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _________________ Ərazi İdarəsinin rəisi |
|
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 10 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında BİLDİRİŞ |
İpoteka saxlayan haqqında məlumatlar |
||
Adı |
|
|
Ünvanı |
|
|
Etibarnamənin nömrəsi və tarixi |
|
|
Nümayəndənin şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
|
Əlaqə telefonları |
|
|
|
||
Bildirişin məqsədi |
||
İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı |
||
|
||
Bildirişdə qeyd olunan zəruri məlumatlar |
||
1. İpotekanın dövlət qeydiyyatı tarixi |
|
|
2. İpotekanın dövlət qeydiyyat nömrəsi[10] |
|
|
3. Daşınmaz əmlakın reyestr nömrəsi |
|
|
4. İpoteka predmetinin adı |
|
|
5. İpoteka predmetinin ünvanı |
|
|
6. İcra olunmalı öhdəlik barədə məlumat |
|
|
7. Məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi üçün əsas olan sənədin rekvizitləri |
|
|
Ərizəyə əlavə olunan sənədlər |
||
1. Bildirişin ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz. 2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd |
||
Ərizəçinin imzası __________________ Tarix ____________________________ M.Y. Bildirişi qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________
|
||
Təsdiqetmə bildirişi |
||
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri |
||
İpoteka saxlayanın adı |
|
|
Bildirişin qeydiyyat nömrəsi |
|
|
İpoteka saxlayanın qeydiyyat orqanına təqdim etdiyi sənədlər |
|
|
Ərizənin qeydiyyat və son icra tarixləri |
|
|
Bildirişi qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası |
|
|
İş vaxtı: 9:00 — 18:00 Fasilə 13:00 — 14:00 |
||
M.Y. |
||
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 11 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
Daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə ƏRİZƏ |
Ərizəçi haqqında məlumatlar |
|
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
Etibarnamənin nömrəsi və tarixi |
|
Nümayəndənin soyadı, adı və atasının adı |
|
Əlaqə telefonları |
|
Ərizənin tələb olunan icra müddəti |
|
|
|
Ərizənin mətni |
|
Xahiş edirəm maraqlı şəxs olmağımı nəzərə alaraq, ___________ ünvanında yerləşən, ______________ qeydiyyat nömrəli, __________ reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş ________________________ üzərində hüquqların dövlət qeydiyyatı zamanı __________________________ ilə bağlı buraxılan texniki səhvin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə uyğun olaraq aradan qaldırılmasını təmin edəsiniz |
|
Ərizəçinin imzası __________________ Tarix ____________________________ M.Y. Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________ |
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 12 nömrəli əlavə |
|
|
______ _______________ 20_____ il |
№ ____________________ |
|
|
Daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə BİLDİRİŞ |
|
|
|
Maraqlı şəxs (şəxslər) _________________________________________________________ |
|
|
|
Ünvan _______________________________________________________________________ |
Bildirişin mətni |
______________________________________________ ünvanında yerləşən ____________ dair daşınmaz əmlakın dövlət reyestrində ________________ reyestr nömrəsi ilə aparılmış hüquqların qeydiyyatı zamanı _______________________ ilə bağlı buraxılan texniki səhv (səhvlər) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin müddəalarına əsasən _____________ tarixli ___________ qeydiyyat nömrəli ərizə əsasında aradan qaldırılmışdır |
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _________________ Ərazi İdarəsinin rəisi |
|
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 13 nömrəli əlavə |
|
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinə |
|
|
Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə ƏRİZƏ |
Ərizəçi haqqında məlumatlar |
|
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan) |
|
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
Etibarnamənin nömrəsi və tarixi |
|
Nümayəndənin soyadı, adı və atasının adı |
|
Əlaqə telefonları |
|
Ərizənin tələb olunan icra müddəti |
|
|
|
Ərizənin mətni |
|
______________________________________ ünvanında yerləşən ___________________ öz iradəmlə söküb tam məhv etmişəm və bəyan edirəm ki, həmin əmlak üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ yüklü deyildir. Bu ___________________________ reyestr nömrəli _______________ tarixli çıxarışla (qeydiyyat vəsiqəsi) mənə (bizə) məxsusdur. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə uyğun olaraq göstərilən əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini xahiş edirəm |
|
Ərizəyə əlavə olunan sənədlər |
|
1. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli. 2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd |
|
Ərizəçinin imzası __________________ Tarix ____________________________ M.Y. Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ______________________________ |
|
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 14 nömrəli əlavə |
|
|
______ _______________ 20_____ il |
№ ____________________ |
|
|
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi barədə BİLDİRİŞ |
|
|
|
Maraqlı şəxs (şəxslər) _________________________________________________________ |
|
|
|
Ünvan _______________________________________________________________________ |
Bildirişin mətni |
|
______________________________________________________________________________ ünvanında yerləşən __________________________________ üzərində ________________ (daşınmaz əmlakın adı) ______________________________________________________________________________ (mülkiyyətçinin soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) məxsus mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv edilmişdir |
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _________________ Ərazi İdarəsinin rəisi |
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 2 nömrəli əlavə |
Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında
TƏLİMAT
- Ümumi müddəalar
1.1. Bu Təlimat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi qaydalarını tənzimləyir.
1.2. Bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
1.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir(2 nömrəli əlavə):
1.4. Bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə).
1.5. Daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınmış hüquqların yüklülüyü barədə ipotekasaxlayana reyestrdən arayış verilir (3 nömrəli əlavə).
- Arayışın verilməsi üçün əsaslar
2.1. Arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir(4 nömrəli əlavə). Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Bələdiyyələr bələdiyyənin sədri tərəfindən imzalanmış və möhürlənmiş ərizə və bələdiyyənin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidirlər.
2.2. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.
2.3. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanına uyğun olaraq yaradılmış “ASAN xidmət” mərkəzlərində arayışın verilməsi üçün ərizənin qəbulu və arayışın verilməsi həmin mərkəzlərdə fəaliyyət göstərən Xidmətin ərazi idarələrinin işçiləri tərəfindən həyata keçirilir.
2.4. Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. [11]
- Arayışın tərtib edilməsi üçün yerinə yetirilən işlər
3.1. Reyestrdə qeydiyyata alınmış hüquqlara dair arayış verildikdə:
3.1.1. arayışın verilməsi barədə ərizəyə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır;
3.1.2. ərizəni və ərizəyə əlavə edilən sənədləri Xidmətin ərazi idarəsinin və ya onun rayon (şəhər) şöbəsinin əməkdaşı olan icraçı (bundan sonra - icraçı) qəbul edir, ərizə jurnalında (dövlət reyestrinin ərizələrin qeydiyyatı kitabında) qeydiyyat apararaq arayışın tərtib və təsdiq edilməsi üçün aidiyyəti struktur bölməsinə təqdim edir;
3.1.3. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak (onun tərkibi, bir hissəsi, ondakı paylardan biri və ya bir neçəsi) üzərində hüquqların məhdudlaşdırılması (yüklülüyü) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda, arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti və qeydəalınma tarixi) qeyd edilir;
3.1.4. torpaq sahəsində yerləşən daşınmaz əmlaka dair arayış tərtib edilərkən, onun yerləşdiyi torpaq sahəsi üzərindəki hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında məlumat arayışda mütləq qeyd edilir.
3.2. Hüquqların qabaqcadan qeydiyyatı barədə arayış verildikdə:
3.2.1. ərizəni, bu Təlimatın 2.1-ci bəndində göstərilən sənədləri, Qanunun 17-ci maddəsinə əsasən qabaqcadan qeydiyyatın aparılması üçün əsas olan sənədləri icraçı qəbul edərək, ərizə jurnalında qeydiyyat aparır;
3.2.2. ərizə əsasında müvafiq ərazidə yerləşən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar haqqında mövcud arxiv materialları götürülür (bu barədə ərizə jurnalında qeyd edilir), hüquq sahibinin iştirakı ilə obyektə tikintiyə icazə sənədlərinə və plan-cizgiyə uyğunluğunu və digər hüquq sahiblərinin mənafelərinin pozulub-pozulmamasını müəyyən etmək üçün baxış keçirilir. Obyektin icazə sənədlərinə və plan-cizgiyə uyğun olmadığı müəyyən edildikdə, tikinti işlərinin şəhərsalma norma və qaydalarına uyğunluğu baxımından aparılmasını təsdiq edən sənəd təqdim edilir. Baxışın nəticələri üzrə müayinə aktı tərtib edilir və müvafiq qaydada imzalandıqdan sonra bütün sənədlər arayışın tərtib və təsdiq edilməsi üçün aidiyyəti struktur bölməsinə təqdim olunur.
3.3. Sənədlər Xidmətin ərazi idarəsinin vəzifəli şəxsinin müvafiq dərkənarı ilə aidiyyəti struktur bölməsinə göndərilir. İcraçı tərəfindən obyekt üzərində məhdudlaşdırılmanın (yüklülüyün) olub-olmaması müəyyənləşdirilir, dövlət reyestrində saxlanılan məlumatlar göstərilməklə müvafiq qaydada arayış tərtib edilir.
3.4. Hazırlanmış arayış Xidmətin ərazi idarəsinin və ya onun rayon (şəhər) şöbəsinin vəzifəli şəxsi tərəfindən imzalanır, möhürlə təsdiqlənir və sənədlərin verilməsi jurnalında qeydə alınaraq, ərizəçiyə təqdim edilməsi üçün icraçıya göndərilir.
- Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda göstərilən məlumatlar
4.1. Arayışda aşağıdakı məlumatlar göstərilir:
4.1.1. hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı);
4.1.2. daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi;
4.1.3. mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi);
4.1.4. hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi);
4.1.5 daşınmaz əmlakın təsviri:
4.1.5.1. torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi;
4.1.5.2. su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);
4.1.5.3. çoxmənzilli yaşayış binası haqqında binanın tikildiyi il, mərtəbəliliyi, mənzillərin sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, çoxmənzilli yaşayış binasının tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müəyyən edilən torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);
4.1.5.4. qeyri-yaşayış binasının binanın tikildiyi il, mərtəbəliliyi, ümumi sahəsi (kv.m), tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha));
4.1.5.5. qurğunun, çoxillik əkmənin, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);
4.1.5.6. qeyri-yaşayış sahəsinin binanın tikildiyi il, mərtəbəliliyi, qeyri-yaşayış sahəsinin mərtəbəsi (yerləşdiyi mərtəbə), ümumi sahəsi (kv.m);
4.1.5.7. mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m);
4.1.5.8. fərdi yaşayış evi haqqında- liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);
4.1.5.9. bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha)
4.1.5.10. əmlak kompleksi kimi müəssisə haqqında liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);
4.1.5.11. müəssisə filialının hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), müəssisə filialının tərkibi haqqında məlumat (liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);
4.1.5.12. yer təki sahəsinin adı, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);
4.1.6. məhdudlaşdırılma (yüklülük) haqqında məlumat;
4.1.7. “Arayış qeydiyyata alındığı gündən 30 (otuz) gün müddətində etibarlıdır.” yazısı.
4.2. Çoxmənzilli yaşayış binası (yarımçıq tikili) üçün arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində binanın tikildiyi il əvəzinə tikintinin başlanılması ili və əlavə olaraq tikilmə faizi, çoxmənzilli yaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğular) tikilmə faizi göstərilir.
4.3. Çoxmənzilli yaşayış binasının tərkib hissəsi olan mənzillərdən (qeyri-yaşayış sahələrindən) heç olmasa birinə digər şəxsin mülkiyyət hüququ yaranarsa, binaya bütövlükdə deyil, ümumi paylı mülkiyyət hüququ əsasında reyestrdən arayış verilir.
4.4. Qeyri-yaşayış binası (yarımçıq tikili) üçün arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində binanın tikildiyi il əvəzinə tikintinin başlanılması ili və tikilmə faizi, qeyri-yaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğular) göstərilir.
4.5. Yarımçıq tikili olan qeyri-yaşayış sahəsi, mənzil, fərdi yaşayış evi bağ evi üçün arayışların “Daşınmaz əmlakın təsviri” bölməsində tikililərin tikilmə faizi göstərilir.
4.6. Yarımçıq tikili olan əmlak kompleksi kimi müəssisə (yarımçıq tikili) və müəssisə filialı üçün arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində müvafiq olaraq müəssisənin və müəssisə filialının tərkibinin tikilmə faizi göstərilir.
- Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda göstərilən məlumatlar
5.1. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda aşağıdakı məlumatlar göstərilir:
5.1.1. hüququ rəsmiləşdirilən şəxs - arayış verilən hüquq sahibi;
5.1.2. daşınmaz əmlakın adı (növü) - üzərində hüquq qeydiyyata alınan daşınmaz əmlak;
5.1.3. ünvanı (olduğu yer) - hüquq obyektinin ünvanı (olduğu yer);
5.1.4. daşınmaz əmlakın mülkiyyət növü;
5.1.5. daşınmaz əmlak üzərində hüququn növü - daşınmaz əmlak üzərində qeydiyyata alınan hüququn növü;
5.1.6. reyestr nömrəsi - üzərində hüquq qeydiyyata alınan daşınmaz əmlakın reyestr nömrəsi;
5.1.7. hüquq sahibləri bölməsində: hüquq sahibinin adı - daşınmaz əmlakın hüquq sahiblərinin (payçılarının) adları, paylar - hər bir hüquq sahibinin payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi - hər bir payçının daşınmaz əmlak üzərindəki hüququnun qeydiyyat nömrəsi və qeydiyyat tarixi;
5.1.8. “Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində (reyestr kitabının nömrəsi), nömrəli reyestr kitabının (reyestr kitabının səhifəsinin nömrəsi) nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır” yazısı.
5.2. Çoxmənzilli yaşayış binasına arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.2.1. torpaq sahəsi (ölçüsü, ha) - çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü;
5.2.2. torpaq sahəsinin mülkiyyət növü;
5.2.3. torpaq sahəsi üzərində hüququn növü - çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;
5.2.4. tikintiyə icazə sənədləri üzrə: mərtəbəliliyi - çoxmənzilli yaşayış binasının mərtəbələrinin sayı, girişlərin sayı - çoxmənzilli yaşayış binasının girişlərinin sayı, mənzillərin sayı - çoxmənzilli yaşayış binasındakı mənzillərin sayı, qeyri-yaşayış sahəsi (kv.m) - çoxmənzilli yaşayış binasının qeyri-yaşayış sahəsi, yaşayış sahəsi (kv.m) - çoxmənzilli yaşayış binasının yaşayış sahəsi, ümumi sahəsi (kv.m) - çoxmənzilli yaşayış binasının ümumi sahəsi;
5.2.5. çoxmənzilli yaşayış binasının tikintiyə icazə sənədləri üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), cəmi).
5.3. Qeyri-yaşayış binasına arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.3.1. təyinatı - qeyri-yaşayış binasının təyinatı;
5.3.2. mərtəbəliliyi - qeyri-yaşayış binasının mərtəbəliliyi;
5.3.3. ümumi sahə (kv.m) - qeyri-yaşayış binasının ümumi sahəsi;
5.3.4. torpaq sahəsi (ölçüsü, ha) - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü;
5.3.5. torpaq sahəsinin mülkiyyət növü - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;
5.3.6. torpaq sahəsi üzərində hüququn növü - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;
5.3.7. qeyri-yaşayış binasının tikintiyə icazə sənədləri üzrə nəzərdə tutulan tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), cəmi).
5.4. Qurğuya arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.4.1. təyinatı - qurğunun təyinatı;
5.4.2. torpaq sahəsi (ölçüsü, ha) - qurğunun yerləşdiyi torpaq sahəsinin ölçüsü;
5.4.3. torpaq sahəsinin mülkiyyət növü - qurğunun yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;
5.4.4. torpaq sahəsi üzərində hüququn növü - qurğunun yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü.
5.5. Qeyri-yaşayış sahəsinə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.5.1. təyinatı - qeyri-yaşayış sahəsinin təyinatı;
5.5.2. mərtəbəliliyi - qeyri-yaşayış sahəsinin mərtəbəsi;
5.5.3. tikintiyə icazə sənədləri üzrə ümumi sahə (kv.m) - qeyri-yaşayış sahəsinin tikintiyə icazə sənədləri üzrə ümumi sahəsi.
5.6. Mənzilə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində mənzilin tikintiyə icazə sənədləri üzrə əsas göstəriciləri: mərtəbəliliyi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m).
5.7. Fərdi yaşayış və bağ evinə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.7.1. torpaq sahəsi (ölçüsü, ha) - fərdi yaşayış və bağ evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü;
5.7.2. torpaq sahəsinin mülkiyyət növü-fərdi yaşayış və bağ evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;
5.7.3. torpaq sahəsi üzərində hüququn növü-fərdi yaşayış və bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;
5.7.4. fərdi yaşayış və bağ evinin tikintiyə icazə sənədləri və ya tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri üzrə nəzərdə tutulan göstəriciləri: liter, mərtəbəliliyi, yaşayış otaqlarının sayı - literlər üzrə fərdi yaşayış və bağ evindəki otaqların sayı, yaşayış sahəsi (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin yaşayış sahəsi, yardımçı sahə - fərdi yaşayış və bağ evinin yardımçı sahəsi, ümumi sahə (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin ümumi sahəsi; [12]
5.7.5. fərdi yaşayış və bağ evinin tikintiyə icazə sənədləri və ya tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), cəmi).
5.8. Əmlak kompleksi kimi müəssisəyə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.8.1. təyinatı - əmlak kompleksi kimi müəssisənin təyinatı;
5.8.2. əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə sənədləri üzrə ümumi sahəsi (kv.m);
5.8.3. torpaq sahəsi (ölçüsü, ha) - əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüsü;
5.8.4. torpaq sahəsinin mülkiyyət növü - əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;
5.8.5. torpaq sahəsi üzərində hüququn növü - əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;
5.8.6. əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə sənədləri üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m).
5.9. Müəssisə filialına arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.9.1. təyinatı- müəssisə filialının təyinatı;
5.9.2. müəssisə filialının tikintiyə icazə sənədləri üzrə ümumi sahəsi (kv.m);
5.9.3. torpaq sahəsi (ölçüsü, ha) - müəssisə filialının yerləşdiyi torpaq sahəsinin ölçüsü;
5.9.4. torpaq sahəsinin mülkiyyət növü - müəssisə filialının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;
5.9.5. torpaq sahəsi üzərində hüququn növü - müəssisə filialının yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;
5.9.6. müəssisə filialının tikintiyə icazə sənədləri üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m).
5.10. Kommunikasiyaya arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:
5.10.1. təyinatı - kommunikasiyanın təyinatı;
5.10.2. kommunikasiyanın tikintiyə icazə sənədləri üzrə uzunluğu (km).
- Dövlət reyestrində qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlaka mülkiyyət hüququnun ipoteka ilə yüklülüyü barədə arayışda göstərilən məlumatlar
6.1. Dövlət reyestrində qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlaka mülkiyyət hüququnun ipoteka ilə yüklülüyü barədə arayışda aşağıdakı məlumatlar göstərilir:
6.1.1. xeyrinə hüquq yüklü edilən şəxs (şəxslər) - ipoteka saxlayanın adı;
6.1.2. hüququ yüklü edilən şəxs (şəxslər) - ipotekaya qoyanın adı;
6.1.3. yüklü edilən əmlakın (əmlak hissəsinin) adı və ünvanı - yüklü edilən daşınmaz əmlak obyektinin təsviri;
6.1.4. yüklülüyün növü - ipoteka;
6.1.5. yüklülüyün müddəti - əsas müqavilədən yaranan və icrası yüklülüklə tam və ya qismən təmin edilən borc və digər öhdəliklər və onların icra müddəti;
6.1.6. əsas öhdəliyin mahiyyəti və icra müddəti;
6.1.7. hüququn əvvəlki yüklülüyü - əvvəlki ipoteka saxlayanın adı, yüklülük müqaviləsinin rekvizitləri;
6.1.8. yüklü edilən əmlakın reyestr nömrəsi;
6.1.9. qeydiyyat nömrəsi;
6.1.10. qeydiyyat tarixi;
6.1.11. “Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində _____ nömrəli reyestr kitabının ____ nömrəli vərəqində qeydiyyata alınmışdır” yazısı;
6.1.12. ipoteka kağızı verildikdə, ipotekanın dövlət qeydiyyatı zamanı arayışda bu barədə məlumat göstərilir;[13]
6.1.13. çoxmənzilli yaşayış binasının tərkib hissəsi olan mənzillərdən (qeyri-yaşayış sahələrindən) heç olmasa birinə digər şəxsin mülkiyyət hüququ yaranarsa, binaya bütövlükdə deyil, ümumi paylı mülkiyyət hüququ əsasında reyestrdən arayış verilir.
- Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi
7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir.[14]
7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.[15]
7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.
- Arayışın verilməsi və istifadəsi qaydaları
8.1. Arayış qeydiyyata alındıqdan sonra hüquq sahibinə və ya onun vəkil etdiyi şəxsə Xidmətin ərazi idarəsində və ya onun rayon (şəhər) şöbəsində icraçı tərəfindən təqdim edilir. Arayışı almaq hüququ olan şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə jurnalda imza edir, tarix qoyur və bundan sonra ona arayış verilir.
8.2. Müraciət etmiş şəxsə arayışın və ya arayış verilməsindən imtina edilməsi üçün bu Təlimatın 8.3-cü bəndində nəzərdə tutulmuş imtina halları mövcud olduqda əsaslandırılmış imtina məktubunun yazılı və ya elektron formada verilməsi 1 (bir) iş günü müddətində təmin edilməlidir.
8.3. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər:
8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə;
8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə.
8.4. Arayışın etibarlılıq müddəti (bu Təlimatın 5-ci hissəsi istisna olmaqla) 30 (otuz) gündür. Bələdiyyə torpaqlarının hərraca və ya müsabiqəyə çıxarılması üçün arayış hərracın və ya müsabiqənin aparılması üçün verilir və bu arayışda qeyd olunur. Bu halda arayış qeydiyyata alındığı gündən 45 (qırx beş) gün müddətində etibarlıdır. Arayış verildikdən sonra həmin torpaq sahəsi üzərində hər hansı bir məhdudiyyət yaranarsa, bu barədə hərrac və ya müsabiqə komissiyasına Xidmətin ərazi idarəsi tərəfindən məlumat verilir.
8.5. Arayış hazırlandıqdan sonra (hazırlanmanın son icra tarixindən etibarən) 1 (bir) ay müddətində ərizəçi tərəfindən götürülməzsə, həmin arayış ləğv edilir və işə alınaraq arxivə təhvil verilir. Ərizəçi yeni arayış almaq üçün yenidən ərizə ilə müraciət etməlidir.
8.6. Arayış yararsız hala düşdükdə (bu halda arayış onu verən Xidmətin ərazi idarəsinə qaytarılır) və ya itirildikdə hüquq sahibinin müraciəti əsasında yeni arayış tərtib edilir və üzərinə “DUBLİKAT” ştampı vurulur.
8.7. Ərizəçi arayışın müddətini uzatmaq istədiyi halda, arayışın etibarlılıq müddəti bitdikdən sonra 10 (on) iş günü müddətində arayış qaytarılır, dövlət reyestrində saxlanılan məlumatlarda dəyişiklik olmadıqda, 3 (üç) iş günü müddətində üzərinə “Vaxtı uzadılmışdır” sözləri və yeni qeydiyyat tarixi yazılıb möhürlə təsdiqlənərək 20 (iyirmi) gün müddətinə uzadılır. Arayışda göstərilən məlumatlarda dəyişiklik olarsa, arayışda müvafiq düzəlişlər edilərək möhürlə təsdiqlənir.
8.8. Bu Təlimatın 8.7-ci bəndi ilə müəyyən edilmiş qaydada və müddətdə arayışın etibarlılıq müddəti yalnız bir dəfə uzadılır.
8.9. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq arayışın elektron xidmət göstərilməsi yolu ilə verilməsi bu Təlimatla və inzibati reqlamentlə müəyyən olunmuş qaydada həyata keçirilir.[16]
8.10. Hüquq sahibinin yazılı və ya elektron sorğusuna (5 nömrəli əlavə) əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş (6 nömrəli əlavə) sorğu verildiyi gün iş vaxtı ərzində Xidmətin ərazi idarəsi tərəfindən hüquq sahibinə verilməlidir.
|
“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 1 nömrəli əlavə |
|
|
Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair ARAYIŞ |
Verilir _______________________________________________________________________ _________________________________________________________________ ondan ötrü ki, (hüquq sahibinin adı) ____________________________________________________________ ünvanında yerləşən (daşınmaz əmlakın növü) _____________________________________________________________________ üzərində (daşınmaz əmlakın növü) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ______ nömrəli reyestr kitabının __________ nömrəli vərəqində qeydiyyata alınmışdır. |
Mülkiyyətçilər haqqında məlumat
Sıra №-si |
Hüquq sahibinin adı |
Payı |
Qeydiyyat nömrəsi |
Qeydiyyat tarixi |
|
|
|
|
|
Hüquqmüəyyənedici sənəd haqqında məlumat
Sənədin adı |
Sənədi verən təşkilatın adı |
Sənədin nömrəsi |
Sənədin tarixi |
|
|
|
|
Daşınmaz əmlakın təsviri
|
|
|
|
Məhdudlaşdırılma (yüklülük) haqqında məlumat ______________________________ __________________________________________________________________________ Arayış qeydiyyata alındığı gündən 30 (otuz) gün müddətində etibarlıdır. |
|
“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 2 nömrəli əlavə |
|
|
Hüquqların əvvəlcədən qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ARAYIŞ |
Hüququ rəsmiləşdirilən şəxs |
|
Daşınmaz əmlakın adı (növü) |
|
Ünvanı (olduğu yer) |
|
Daşınmaz əmlakın mülkiyyət növü |
|
Daşınmaz əmlak üzərində hüququn növü |
|
Reyestr nömrəsi |
|
Daşınmaz əmlakın təsviri
|
|
|
|
|
Hüquq sahibləri
Sıra №-si |
Hüquq sahibinin adı |
Paylar |
Qeydiyyat nömrəsi |
Qeydiyyat tarixi |
|
|
|
|
|
Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində ________ nömrəli reyestr kitabının ________ nömrəli vərəqində əvvəlcədən qeydiyyata alınmışdır. |
|
“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 3 nömrəli əlavə |
|
|
Daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınmış hüquqların yüklülüyü barədə ARAYIŞ |
Xeyrinə hüquq yüklü edilən şəxs (şəxslər) |
|
Hüququ yüklü edilən şəxs (şəxslər) |
|
Yüklü edilən əmlakın (əmlak hissəsinin) adı və ünvanı |
|
Yüklülüyün növü |
|
Yüklülüyün müddəti |
|
Əsas öhdəliyin mahiyyəti və icra müddəti |
|
Hüququn əvvəlki yüklülüyü |
|
Yüklü edilən əmlakın reyestr nömrəsi |
|
Qeydiyyat nömrəsi |
|
Qeydiyyat tarixi |
|
Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində ________ nömrəli reyestr kitabının __________ nömrəli vərəqində qeydiyyata alınmışdır. |
|
“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 4 nömrəli əlavə |
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinin rəisi |
Ərizə |
|||||
Qeydiyyat nömrəsi |
Verilmə tarixi |
Son icra tarixi |
|||
|
|
|
|||
|
|||||
Ərizəçi haqqında məlumatlar |
|||||
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
||||
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan) |
|
||||
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
||||
Etibarnamənin nömrəsi və tarixi |
|
||||
Əlaqə telefonları |
|
||||
|
|||||
Ərizənin məqsədi |
|||||
Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması |
|||||
|
|||||
Əmlak haqqında məlumatlar |
|||||
Hüquq sahibi |
|
||||
Əmlakın növü |
|
||||
Reyestr nömrəsi |
|
||||
Ünvanı |
|
||||
Ərizəyə əlavə olunan sənədlər |
|||||
1. Hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin və şəxsiyyətini təsdiq edən sənədin surəti). 2. Hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti. 3. Ərizə bələdiyyə tərəfindən verildikdə, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş ərizə və bələdiyyə nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə |
|||||
Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası ____________ __________________________________________________________________________ Ərizəçinin imzası _______________
|
|||||
Ərizəçidə saxlanılan hissə |
|||||
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ___________ Ərazi İdarəsi |
|||||
Ərizəçinin soyadı, adı və atasının adı |
|
||||
Ərizənin qeydiyyat nömrəsi |
|
||||
Ərizənin son icra tarixi |
|
||||
Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası |
|
||||
Hazır olma tarixi |
|
||||
İş vaxtı: 9:00 — 18:00 / Fasilə: 13:00 — 14:00 |
|||||
|
“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 5 nömrəli əlavə |
|
|
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ____________ Ərazi İdarəsinin rəisi |
Sorğu |
||||
qeydiyyat nömrəsi |
verilmə tarixi |
son icra tarixi |
||
|
||||
Hüquq sahibi (sahibləri) haqqında məlumatlar |
||||
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı) |
|
|||
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan) |
|
|||
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı |
|
|||
Etibarnamənin nömrəsi və tarixi |
|
|||
Əlaqə telefonları |
|
|||
|
||||
Sorğunun mətni |
||||
Xahiş edirəm ____________________________________________________________ olan, (mülkiyyətimdə, icarəmdə və ya istifadəmdə) ___________________________________________________________ ünvanında yerləşən _______________________________________ dair digər şəxslərə verilən arayışlar (məlumatlar) barədə bildiriş verəsiniz.
|
||||
Tarix |
İmza |
|||
|
“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 6 nömrəli əlavə |
|
|
|
|
______ _______________ 20_____ il |
№ ____________________ |
|
|
|
|
Daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə BİLDİRİŞ |
||
|
|
|
Hüquqi sahibi ________________________________________________________________ |
||
|
||
Ünvan _______________________________________________________________________ |
||
Bildirişin mətni |
______________________________________ olan, __________________________________ (mülkiyyət, icarə və ya istifadənizdə) ___________________________________________________________ ünvanında yerləşən ________________ dair digər şəxslərə verilən arayış (arayışlar) (məlumat) barədə bildirişin verilməsinə dair ____________________________ qeydiyyat nömrəli __________________ tarixli sorğunuza baxılmışdır. _____________________________________________________ qeydiyyat nömrəli _____________________ tarixli müraciəti (sorğusu) əsasında göstərilən əmlaka (əmlaklara) dair ____________________________ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin müddəalarına əsasən ___________ qeydiyyat nömrəli _____________ tarixli arayış (məlumat) verilmişdir |
və ya
Bildirişin mətni |
_____________________________________________ olan, ___________________________ (mülkiyyət, icarə və ya istifadənizdə) _____________ ünvanında yerləşən___________ haqqında digər şəxslərə verilən arayış (arayışlar) (məlumat) barədə bildirişin verilməsinə dair ________________________ qeydiyyat nömrəli ________________ tarixli sorğunuza baxılmışdır. Bildiririk ki, göstərilən əmlaka (əmlaklara) dair digər şəxslərə arayış (məlumat) verilməmişdir |
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _________________ Ərazi İdarəsinin rəisi |
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 5 avqust 2016-cı il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 avqust 2016-cı il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1434)
- 6 oktyabr 2016-cı il tarixli 400 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1718)
- 22 fevral 2017-ci 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 fevral 2017-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 317)
- 24 may 2017-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2017-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 993)
- 20 oktyabr 2017-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2017-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1927)
- 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272)
- 22 dekabr 2017-ci il tarixli 594 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286)
- 6 aprel 2018-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2018-ci il, № 79)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 1.2-ci və 1.3-cü bəndlərində “verilməsi” sözü “tərtib edilməsi” sözləri ilə əvəz edilmişdir.
[2] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 2.5-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.5. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı çıxarış və (və ya) bildiriş ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır və ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunur.
[3] 6 aprel 2018-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2018-ci il, № 79) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir.
[4] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 3.2.3-cü yarımbəndi 3.2.4-cü yarımbənd hesab edilmişdir və yeni məzmunda 3.2.3-cü yarımbənd əlavə edilmişdir.
[5] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 3.9-cu bəndində “uyğun qaydada” sözlərindən sonra “kağız formada” sözləri əlavə edilmişdir, birinci halda “verilməsi” sözü “təqdim olunması” sözləri ilə əvəz edilmişdir və bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[6] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 7.5-ci bəndində “ərizəçiyə dövlət reyestrindən çıxarış verilir” sözləri “dövlət reyestrindən çıxarış tərtib edilir” sözləri ilə əvəz edilmişdir.
[7] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 8.3-cü bəndinin üçüncü cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edildikdən sonra ərizəçiyə bildiriş (14 nömrəli əlavə) və (və ya) daşınmaz əmlakın məhv olunmamış hissəsinə dövlət reyestrindən çıxarış bu Qaydaların 3.8-ci və 3.9-cu bəndlərinə uyğun olaraq verilir.
[8] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda Qaydalara 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında Ərizə”yə, 5 nömrəli əlavə - “İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında Ərizə”yə və 7 nömrəli əlavə - “İpotekanın dövlət qeydiyyatı haqqında Ərizə”yə “Ərizənin məqsədi” hissəsindən sonra yeni məzmunda hissə əlavə edilmişdir.
[9] 5 avqust 2016-cı il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 avqust 2016-cı il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1434) ilə “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilən sənədlərə münasibətin bildirilməsi barədə Sorğu”da “10 (on)” sözləri “7 (yeddi)” sözləri ilə əvəz edilmişdir.
[10] 22 dekabr 2017-ci il tarixli 594 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286) ilə 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 10 nömrəli əlavə - “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildiriş”in “Bildirişdə qeyd olunan zəruri məlumatlar” hissəsinin 1-ci və 2-ci bəndlərinə “İpotekanın” sözündən sonra “dövlət” sözü əlavə edilmişdir.
[11] 6 oktyabr 2016-cı il tarixli 400 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1718) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 2.4-cü bəndinə “notarius” sözündən sonra “, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər” sözləri əlavə edilmişdir.
24 may 2017-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2017-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 993) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 2.4-cü bəndində “, notariat hərəkətləri aparan” sözləri “və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan” sözləri ilə əvəz edilmişdir.
[12] 22 fevral 2017-ci 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 fevral 2017-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 317) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 5.7.4-cü və 5.7.5-ci yarımbəndlərində “memarlıq-planlaşdırma bölməsi” sözləri “yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri” sözləri ilə əvəz edilmişdir.
[13] 22 dekabr 2017-ci il tarixli 594 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 6.1.12-ci yarımbəndinə “ipotekanın” sözündən sonra “dövlət” sözü əlavə edilmişdir.
[14] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində “vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir” sözləri “vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir” sözləri ilə əvəz edilmişdir.
[15] 6 dekabr 2017-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində “onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir” sözləri “bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir” sözləri ilə əvəz edilmişdir.
[16] 20 oktyabr 2017-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2017-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1927) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 8.9-cu bəndinə “Dövlət orqanlarının” və “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.