Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini ünvanlarda göstərərək əlavə vaxt itkisini aradan qaldırır. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının hər həftə ayrı-ayrı kənd və şəhərlərdə keçirilməsi ilə hər kəsin xidmətdən istifadə imkanı təmin edilir.
Rahatlıq və məmnuniyyət prinsiplərinə yönələn səyyar aksiya bu həftə Binəqədi qəsəbəsində davam edəcək. Daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq istəyən qəsəbə sakinləri 8-12 aprel tarixlərində saat 09:00-dan 17:00-dək səyyar xidmət ofisinə müraciət edə bilər. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 36 (Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında) ünvanındakı mobil ofislərdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı qeydiyyat xidmətləri göstəriləcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşları maraqlanırdıran bütün suallar cavablandırılır, onlara hüquqi yardım göstərilir.