İstismarına icazə verilmiş binalardakı mənzillərin dövlət qeydiyyatına alınması ilə bağlı səyyar xidmət bu həftə Nərimanov və Nizami rayonlarında göstəriləcək. 03-07 fevral tarixlərində keçiriləcək “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 5 bina üzrə 1075 mənzili əhatə edəcək.
Səyyar xidmət Nərimanov rayonu üzrə 3 fevral tarixində Xan Şuşinski küçəsi, 955-ci məhəllə, fevralın 4-ü isə Məsud Əlizadə küçəsi, 36B ünvanlarında keçiriləcək. Kampaniya 5 fevralda Nizami rayonunda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 6 fevralda isə 2452-ci məhəllə, Əlif Hacıyev küçəsi, 23 A, 23 B ünvanlarında davam edəcək. Fevralın 7-si isə mənzillərin qeydiyyat xidməti Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 6 A ünvanında göstəriləcək.
Qeyd edək ki, çoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlər tələb olunur.