İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib. Görüşün keçirilməsində məqsəd daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrının həyata keçirilməsi üzrə mövcud informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi, bu sahədə rəqəmsal idarəetmənin inkişafı çərçivəsində Türkiyə təcrübəsinin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsidir.