Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək 2023-06-09 14:48:12
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iyunun 16-da Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcəkdir.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şamaxı Ərazi İdarəsinə (telefon: 051 571 46 41, elektron ünvan: dedkr.14sayli@emlak.gov.az ) 14 iyun saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.