Lənkəranda vətəndaş qəbulu keçirilib

Lənkəranda vətəndaş qəbulu keçirilib 2023-09-21 16:41:36

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq münasibətləri ilə bağlı Lənkəran, Astara və Lerik sakinlərinin qəbulu keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələnlər daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə məlumat və izahatlar verilib.

Qeyd edək ki, vətəndaş qəbulunun digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur. Bu barədə əvvəlcədən Xidmətin rəsmi saytı (emlak.gov.az) və KİV vasitəsilə məlumat veriləcək.

Digər şəkillər