Bərdədə vətəndaş qəbulu keçirilib

Bərdədə vətəndaş qəbulu keçirilib 2023-10-20 18:18:24
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq münasibətləri ilə bağlı Goranboy, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağdaş rayonlarının, həmçinin Naftalan və Mingəçevir şəhərləri sakinlərinin qəbulu keçirilib.
 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Bərdə şəhərində Goranboy, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağdaş rayonlarından, həmçinin Naftalan və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edib. Qəbulda 23 vətəndaş iştirak edib.

Qəbula gələnlər daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı məlumat və izahat verilib.

Qeyd edək ki, vətəndaş qəbulunun digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur. Bu barədə əvvəlcədən Xidmətin rəsmi saytı (emlak.gov.az) və KİV vasitəsilə məlumat veriləcək.
Digər şəkillər