Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı onlayn iclas keçirilib

2023-10-23 09:33:06
Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şurasının Belarusun Vitebsk şəhərində keçirilmiş 45-ci sessiyasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri onlayn formatda iştirak ediblər.

Tədbirdə Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov salamlama nitqi ilə çıxış edərək iclasın əhəmiyyətindən danışıb.

Sessiyada kadastr, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın qiymətləndirilməsi, Məkan Məlumatları İnfrastrukturu, koordinat və hündürlük sistemləri və digər məsələlərlə bağlı çıxışlar edilib, müvafiq işçi qruplarının sessiyalararası fəaliyyəti üzrə müzakirələr aparılıb. Dövlətlərarası Şuranın növbəti 46-cı sessiyasının 2024-cü ilin avqust-sentyabr aylarında Qazaxıstanda keçirilməsi barədə qərar qəbul olunub.