Bu ilin yanvar-sentyabr ayları ərzində 373.647 çıxarış verilib

Bu ilin yanvar-sentyabr ayları ərzində 373.647 çıxarış verilib 2023-10-30 15:08:00

2023-cü ilin 9 ayında mülkiyyət hüququ qeydiyyata alınan daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,8% çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 373.647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8% çoxdur. 2023-cü ilin 9 ayı üzrə göstəricinin 58.314-ü (15,6%) ilkin, 315.333-ü (84,4%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası

2023-cü ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40.205-i fərdi yaşayış və bağ evi, 72.566-sı mənzil, 252.405-i torpaq sahəsi, 2.374-ü qeyri-yaşayış binası, 5.487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76.359-u Bakının, qalanı isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-sentyabr ayları ərzində 300.179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7% çoxdur. 2023-cü ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6% artaraq 61.393 təşkil edib.