Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək 2023-12-09 11:56:27
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 14-də Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şəmkir Ərazi İdarəsinə (telefon: 051 9162418, elektron ünvan: dedkr.11sayli@emlak.gov.az ) və Tovuz Ərazi İdarəsinə (telefon: 055 223 14 29, elektron ünvan: dedkr.15sayli@emlak.gov.az ) 12 dekabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.