Şəmkirdə vətəndaş qəbulu keçirilib

Şəmkirdə vətəndaş qəbulu keçirilib 2023-12-15 10:02:23
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Şəmkirdə Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib. Qəbulda 26 vətəndaş iştirak edib.

Qəbula gələnlər daşınmaz əmlakın qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı qaldırılan bəzi məsələlər dərhal həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.

Vətəndaş qəbulunun digər şəhər və rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.
Digər şəkillər