İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 18-də publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 60) Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər 8 saylı Cəlilabad Ərazi İdarəsinə (telefon: 055 249-49-23, elektron ünvan:
dedkr.8sayli@emlak.gov.az) müraciət edə bilərlər.