Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədr müavini Lənkəranda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədr müavini Lənkəranda vətəndaşları qəbul edəcək 2024-01-17 16:31:19
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 23-də publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi, 84 a) Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: 050 369-20-43; (2525) 4-71-46, elektron ünvan: dedkr.10sayli@emlak.gov.az) müraciət edə bilərlər.