Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Xaçmaz və Zaqatalada vətəndaş qəbulu keçiriləcək

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Xaçmaz və Zaqatalada vətəndaş qəbulu keçiriləcək 2024-01-23 13:13:31

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 26-da publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin inzibati binasında (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 9A) Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları, yanvarın 30-da isə publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Faiq Əmirov küçəsi, 173) Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.          
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 5 saylı Xaçmaz Ərazi İdarəsinə (telefon: 02332-5-00-18, elektron ünvan: dedkr.5sayli@emlak.gov.az) və 18 saylı Zaqatala Ərazi İdarəsinə (telefon: 02422-4-00-63, elektron ünvan: (dedkr.18sayli@emlak.gov.az) müraciət edə bilərlər.