Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatalada keçiriləcək qəbulun vaxtı dəyişdirilib.

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatalada keçiriləcək qəbulun vaxtı dəyişdirilib. 2024-01-29 12:04:49
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov 18 saylı Zaqatala Ərazi İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Faiq Əmirov küçəsi, 173) keçirilməsi nəzərdə tutulan Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulu tarixi yanvarın 31-nə dəyişdirilib.

Saat 10:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 18 saylı Zaqatala Ərazi İdarəsinə (telefon: 02422-4-00-63, elektron ünvan: (dedkr.18sayli@emlak.gov.az) müraciət edə bilərlər.