Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

2024-02-02 18:11:18
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova fevralın 13-də Cəlilabadda yerləşən Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 312) Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Cəlilabad Ərazi İdarəsinə (telefon: (2524) 5-10-80, elektron ünvan: dedkr.8sayli@emlak.gov.az ) fevralın 12-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.