Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Cəlilabadda keçirləcək qəbulun vaxtı dəyişdirilib

2024-02-09 15:38:39

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovanın Cəlilabadda yerləşən Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev pr, 312) fevralın 13-də keçirilməsi nəzərdə tutulan Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinlərinin qəbulu tarixi fevralın 20-nə dəyişdirilib.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Cəlilabad Ərazi İdarəsinə (telefon: (2524) 5-10-80, elektron ünvan: dedkr.8sayli@emlak.gov.az ) fevralın 19-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.