İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 121.061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 18.440-ı (15,2%) ilkin, 102.621-i isə (84,8%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin ilk 4 ayında fərdi yaşayış və bağ evi üzərində - 17.896, mənzil üzərində - 26.445 torpaq sahəsi – 72.951, qeyri-yaşayış binası – 1.047, qeyri-yaşayış sahəsi – 2.470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 29.798-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-aprel ayları ərzində 90.043 texniki pasport tərtib edilib, 22.387 ipoteka müqaviləsi qeydiyyata alınıb.