İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 154.337 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 23.989-u (15,5%) ilkin, 130.348-i isə (84,5%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin ilk 5 ayında fərdi yaşayış və bağ evi üzərində - 23.455, mənzil üzərində - 34.094, torpaq sahəsi – 91.749, qeyri-yaşayış binası – 1.357, qeyri-yaşayış sahəsi – 3.345, əmlak kompleksi - 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39.177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-may ayları ərzində 114.705 texniki pasport tərtib edilib, 29.311 ipoteka müqaviləsi qeydiyyata alınıb.