İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov iyulun 12-də publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Gənclər küçəsi, 22A) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər 14 saylı Şamaxı Ərazi İdarəsinə (telefon: (020) 26-5-01-07 (daxili 10) və 050-571-46-41) və 14sayli@emlak.gov.az elektron ünvana müraciət edə bilərlər.