İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov iyulun 12-də Şamaxıda Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələnlər daşınmaz əmlakın qeydiyyatı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub