Bələdiyyələrin qərarı ilə fərdi yaşayış evlərinin tikilməsi məqsədilə verilmiş torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı.
(“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələri).
Tələb olunan sənədlərin siyahısı:
- Ərizə (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsi);
- Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, notariat qaydasında təsdiq edilmiş etibarnamə (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsi);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.4-cü maddəsi);
- Torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarı (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsi; “Torpaq bazan haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi);
- Torpaq sahəsinin alqı-satqı aktı (“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi - “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 14 fevral 2014-cü il tarixli 907- IVQD nömrəli Qanunun qüvvəyə mindiyi 7 mart 2014-cü il tarixinədək)
və ya
- Torpaq sahəsinin alqı-satqı müqaviləsi (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsi; “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi - “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 14 fevral 2014-cü il tarixli 907-IVQD nömrəli Qanunun qüvvəyə mindiyi 7 mart 2014-cü il tarixindən sonra);
- Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, torpaq sahəsinin planı və ölçüsü) (Torpaq Məcəlləsinin 65-ci və 68-ci maddələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi).