İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 33.572-si (16,1%) ilkin, 174.097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində - 33.395, mənzil üzərində - 46.933, torpaq sahəsi – 120.079, qeyri-yaşayış binası – 1.921, qeyri-yaşayış sahəsi – 4.863, əmlak kompleksi - 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54.558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-iyul ayları ərzində 154.905 texniki pasport tərtib edilib, 41.226 ipoteka müqaviləsi qeydiyyata alınıb.