Müraciət edənlər xidmət haqqı barədə məlumatı xidmət yerinə gəlmədən elektron qaydada öyrənə bilərlər. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalındakı (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” bölməsinə daxil olmaqla xidmət haqqını öyrənmək mümkündür. Vətəndaşlar müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqı olaraq ödəniləcək məbləğlə tanış ola bilər.
Xidmət haqqı ilə bağlı məbləğin ödənilməsini də elektron şəkildə həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” elektron xidmətinə daxil olmaqla onlayn ödəniş edə bilər.