Növbəti vətəndaş qəbulu keçirilib

Növbəti vətəndaş qəbulu keçirilib 2024-11-07 10:59:56
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova vətəndaşları qəbul edib.

Publik hüquqi şəxsin inzibati binasında təşkil olunan qəbula gələnlər fərdi yaşayış və bağ evlərinin sənədləşdirilməsi, torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, işə qəbul və digər məsələlər barədə müraciət ediblər.

Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.
Digər şəkillər