Publik hüquqi şəxsin inzibati binasında təşkil olunan qəbula gələnlər fərdi yaşayış və bağ evlərinin sənədləşdirilməsi, torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, işə qəbul və digər məsələlər barədə müraciət ediblər.
Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.