Dekabrın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 12:00-dan etibarən 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi 16) Qəbələ, İsmayıllı və Oğuz rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.
Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı qəbula gəlmək istəyənlər
(055) 453 78 67 nömrəli telefonla və ya
dedkr.9sayli@emlak.gov.az elektron ünvanı vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.