Dekabrın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən 2 saylı Sumqayıt Ərazi İdarəsinin inzibati binasında (ünvan: Sumqayıt şəhəri, Koroğlu prospekti, 42-ci məhəllə) Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.
Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı qəbula gəlmək istəyənlər
(050) 363 23 67 nömrəli telefonla və ya
dedkr.2sayli@emlak.gov.az elektron ünvanı vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.