Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək 2025-04-15 12:49:54
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 18-də qurumun Sumqayıt Ərazi İdarəsində (Ünvan: Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 260) Sumqayıt şəhərindən, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 055 4652368 telefon nömrəsi ilə və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 2 saylı Sumqayıt Ərazi İdarəsinə (telefon: 050 363 23 67 və ya elektron poçt ünvanı: dedkr.2sayli@emlak.gov.az) aprelin 17-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.