Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək 2025-10-13 10:00:59
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova oktyabrın 17-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 2) Lənkəran şəhərindən, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012)-510-84-30 (daxili: 72-65) nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az  elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: (050)-369-20-43, elektron ünvan: dedkr.10sayli@emlak.gov.az) 16 oktyabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.