Lənkəranda vətəndaş qəbulu keçirilib

Lənkəranda vətəndaş qəbulu keçirilib 2025-10-24 11:00:52
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Lənkəranda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Lənkəranda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.

Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Digər şəkillər