Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2025-ci ilin yanvar-noyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 64.366, mənzil – 85.424, torpaq sahəsi – 166.494, qeyri-yaşayış binası – 2.832, qeyri-yaşayış sahəsi – 8.172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91.917-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-noyabr ayları ərzində 235.713 texniki pasport tərtib edilib, 56.948 ipoteka müqaviləsi qeydiyyata alınıb.