Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Beyləqanda vətəndaş qəbulu keçiriləcək

2026-01-26 09:08:19

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 30-da qurumun Beyləqan Ərazi İdarəsində (ünvan: Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 95)  Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər yanvarın 29-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər (012) 5108430 (daxili:72-65) telefon nömrəsi ilə və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 6 saylı Beyləqan Ərazi İdarəsinə (telefon: (02122) 83367, 050 6899341 və ya elektron poçt ünvanı: dedkr.6sayli@emlak.gov.az).