İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov fevralın 20-də qurumun Yevlax Ərazi İdarəsində (ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A) Mingəçevir şəhərindən, Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər rsalmanli@emlak.gov.az elektron poçt ünvanı, 012 5108430 (daxili:72 65) telefon nömrəsi, həmçinin qurumun 17 saylı Yevlax Ərazi İdarəsinə (telefon: (02233) 37009, 050 4575737 və ya elektron poçt ünvanı: dedkr.17sayli@emlak.gov.az) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.