Bu ilin yanvar ayı ərzində 31.020 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar ayı ərzində 31.020 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb 2026-02-17 10:51:32
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 31.020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 5.594-ü (18%) ilkin, 25.426-sı (82%) isə təkrar qeydiyyatın payına düşür.
 
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
 
2026-ci ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 6.420, mənzil – 7.338, torpaq sahəsi – 16.184, qeyri-yaşayış binası – 271, qeyri-yaşayış sahəsi – 754, əmlak kompleksi – 47 və çoxmərtəbəli yaşayış binası – 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7.562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
  
Texniki pasport və ipoteka müqavilələrinin sayı
 
Bu ilin yanvar ayı ərzində 21.928 texniki pasport tərtib edilib, 5.271 ipoteka müqaviləsi qeydiyyata alınıb.