BİLDİRİŞ
2016-06-28 14:02:48
Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında“ 894 nömrəli Fərmanının 3.2.-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin 23 may 2016-cı il tarixli, 78 nömrəli sərəncamına əsasən, 31 may 2016-cı il, 07 iyun 2016-cı il və 14 iyun 2016-cı il tarixlərində səhmdar cəmiyyətlərinin səhmlərinin satışına dair keçiriləcək pul hərracları dayandırılmışdır.