Hüquqların dövlət qeydiyyatının orta müddətləri ilə bağlı məlumat
Son dövrlərdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosesinin sadələşdirilməsi istiqamətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa mütəmadi olaraq dəyişikliklər edilir. Bu sıradan olan 29.04.2016-cı il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən hüquqların dövlət qeydiyyatı müddəti 20 günüdən 10 iş gününədək qısaldılmışdır.
Qanuna edilən dəyişikliklərdən əvvəlki (01.01.2016-29.04.2016) və sonrakı (29.04.2016-01.07.2016) müddətdə hüquqların dövlət qeydiyyatı üzrə müraciətlərin icra müddətləri aşağıdakı kimidir:
|
Ilkin qeydiyyat |
Təkrar qeydiyyat |
||||
|
Tam müddət |
1/3 nisbətində tezləşmə ilə |
2/3 nisbətində tezləşmə ilə |
Tam müddət |
1/3 nisbətində tezləşmə ilə |
2/3 nisbətində tezləşmə ilə |
29.04.2016 tarixinə qədər |
20 |
14 |
7 |
20 |
14 |
7 |
29.04.2016 tarixindən sonra |
15 |
10 |
5 |
10 |
7 |
3 |
Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Qərarına uyğun olaraq hüquqların dövlət qeydiyyatının qanunla müəyyən edilmiş müddətlərinin 2/3 və 1/3 –i müddətində icra edilməsi ilə bağlı seçimləri də mövcuddur ki, bu isə qeydiyyat müddətlərin müvafiq hallarda 3 iş gününədək azaldır.