Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahələrində dövlət idarəetməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilsin və onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılsın.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv edilsin və onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılsın.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bir ay müddətində Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasnamələri və strukturu barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2009-cu il
№ 283