Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək 2024-04-17 17:33:08

Aprelin 26-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Beyləqan Heydər Əliyev Mərkəzində (Ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti, 7) Ağcabədi, Beyləqan, İmişli və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Beyləqan Ərazi İdarəsinə (telefon: 050 689 93 41, elektron ünvan: dedkr.6sayli@emlak.gov.az) 24 aprel saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.