Dövlət mənzil forndu obyektlərinin xüsusi mülkiyyətə verilməsinin rəsmiləşdirilməsi.

2024-07-29 14:27:44

Dövlət mənzil forndu obyektlərinin xüsusi mülkiyyətə verilməsinin rəsmiləşdirilməsi.

("Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələri; Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.28-ci у arı m bənd i).

Tələb olunan sənədlərin siyahısı:

  • Ərizə ("Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsi)',
  • Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, notariat qaydasında təsdiq edilmiş etibarnamə ("Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsi)',
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd ("Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.4-cü maddəsi)',
  • Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (bu 3 sənəddən biri) ("Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsi)',
  • Mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzilə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin ərizəsi ("Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi)',
  • Mənzilə hüququ olan şəxslər və mənzilin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) ("Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi).