Dekabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Ucar şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən 16 saylı Ucar Ərazi İdarəsinin inzibati binasında (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, döngə 2, bina 25) Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.
Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı qəbula gəlmək istəyənlər
(051) 354 61 43 nömrəli telefonla və ya
dedkr.16sayli@emlak.gov.az elektron ünvanı vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.