Cəlilabadda vətəndaş qəbulu keçirilib

Cəlilabadda vətəndaş qəbulu keçirilib 2025-12-15 15:22:41
Cəlilabadda vətəndaşların daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabadda Biləsuvar, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və s. məsələlər barədə müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Digər şəkillər